Dələduzluğa görə axtarılan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib

post-img

Polis əməkdaşlarının yanvarın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti verib.  

Yanvarın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər