Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

post-img

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin televiziyada səsləndirdiyi fikirlərə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan XİN-in bəyanatında deyilir.

İrəvan Sergey Kopırkinin yanvarın 12-də xəbər proqramlarından birində səsləndirdiyi fikirləri “Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı təhdid” kimi qiymətləndirib.

“Nazirlikdə səfirə müvafiq etiraz notası təqdim olunub”, - deyə XİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Sergey Kopırkin Rusiyanın VQTRK telekanalının “Vesti nedeli” proqramında Zəngəzur dəhlizinin Bakı üçün əhəmiyyətindən danışıb.

Dünya