Ronaldinyo Bakıda

post-img

Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

44 yaşlı keçmiş yarımmüdafiəçi “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” komandalarının və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Ronaldinyoya Azərbaycan millisinin 10 nömrəli formasını hədiyyə edib.

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində Dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edir.

FİDAN
XQ

Son xəbərlər