Dünən Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı “yaşıl” kitab sərgisi açılıb.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu gün keçirilən bütün təqdimatların qayəsinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olduğunu bildirib. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılmasından, biomüxtəlifliyin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadə olunmasından ətraflı bəhs edib. O bildirib ki, Milli Kitabxana biblioqrafiya kitabları, elektron məlumat bazaları, virtual və ənənəvi kitab sərgiləri hazırlamaqla bu hədəflərə dəstək göstərir.
XQ