COP29 beynəlxalq konfransına hazırlıqla əlaqədar işlər başa çatıb

post-img

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfran-sının ölkəmizdə keçiriləcək 29-cu sessiyası – “COP 29”beynəlxalq konfransına hazırlıqla əlaqədar işlər yekunlaşıb. 

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.

O qeyd edib ki, ölkəmizə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidini təmin edilməsi üçün xüsusi texniki təchizatla və nəzarət avadanlıqları ilə təmin olunub, zəruri tədbirlər görülüb və bütün tapşırıqlar tam olaraq icra edilib:

-Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Komandalığı nüfuzlu beynəlxalq tədbirlə əlaqədar texniki tərəqqi tətbiq olunmaqla sənədlərin operativ yoxlanışını, qarşıya qoyulan tapşırıqları və üzərinə düşən vəzifələri yüksək səviyyədə icrasını təmin edəcək, gələn qonaqlarda xoş təəssüratın yaradılmasına nail olacaqlar.

L.AZAD

C.QAÇAYEV

XQ

 

Son xəbərlər