Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə oktyabrın 29-da Sabunçu Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilib.
Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 7 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunub. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə “3.5 KH ÜST”, “Freydin Kreslosu”, “Aypara”, “Xarıbülbül”, “İrəli”, “Cosmo Vizyon” və “Dəmir Yumruq” adlı komandalar mübarizə aparıb, Xəzər Universitetinin tələbələri (“3.5 KH ÜST”) qalib olublar.
Sonda diplom və hədiyyələrlə mükafatlandırılıb, həmçinin digər iştirakçılara sertifikatlar təqdim edilib.
XQ