Muxtar Babayevin Kolumbiya XİN başçısı ilə görüşü

post-img

COP29-un müəyyən edilmiş prezidenti, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Kolumbiyanın Xarici İşlər naziri Luis Gilberto Murillo ilə görüşüb.

Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib: “COP16 çərçivəsində Muxtar Babayev və Gilberto Murillo arasında baş tutan görüşdə iqlimə davamlılığın təmin edilməsi üçün qlobal tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Kolumbiya COP16-nın ev sahibi kimi ölkələri “təbiətlə sülh”ə nail olmaq və planetimizin gələcəyini qorumaq üçün biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı öz milli strategiyaları və fəaliyyət planları ətrafında birləşdirməkdə əsas rol oynayır”.

Son xəbərlər