Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Tatarıstan Elmlər Akademiyasının prezidenti akademik Rıfkat Minnihanovla görüşüb.
Görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə Tatarıstan Elmlər Akademiyasının prezidenti akademik Rıfkat Minnihanovun “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və Azərbaycan və Rusiya Federasiyasının Tatarıstan Respublikası ilə əlaqələrinin inkişafına, tərəqqisinə və əzəmətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib.
Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və “Azərbaycanın Dostu” Qızıl Ordenini akademik Rıfkat Minnihanova təqdim edib.
Görüşdə Emil Nəsirli bildirib ki, Tatarıstan və Azərbaycan xalqları əsrlərboyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bu münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və hər iki ölkənin dövlətlərarası səviyyədə planlaşdırdığı, həyata keçirdiyi hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir.
Baş redaktor onu da vurğulayıb ki, müstəqil Azərbaycanın Rusiya Federasiyasının bütün bölgələri ilə, eləcə də Tatarıstanla münasibətləri inkişaf etməkdədir. Hər iki dövləti tarixən səmimi dostluq münasibətləri bağlayır və tarix boyu qurulmuş əlaqələr bu gün də davam etməkdədir. Belə ki, çoxlu sayda azərbaycanlı Tatarıstanda, tatarlar isə Azərbaycanda yaşayır. Ölkəmizdə Tatarıstan Respublikasının Daimi Nümayəndəliyi, "Tuqan Tel" Tatar Mədəniyyəti Cəmiyyəti, "Yaşlek" Azərbaycan Tatar Gəncləri Mərkəzi, "Tatarıstan" İctimai Birliyi və "Ak Kalfak" Tatar Qadınları Cəmiyyətinin Bakı bölməsi fəaliyyət göstərir. İki respublika arasında iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan əlavə, hökumətlərarası komissiya yaradılıb. Bu günlərdə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri dostluq və qardaşlıq münasibətlərini özündə ehtiva edir. Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşündə bildirdiyi kimi, "Tatarıstan və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir."
Tatarıstan Elmlər Akademiyasının prezidenti akademik Rıfkat Minnihanov öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görüldüyünə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürünü bildirib.
Akademik Rıfkat Minnihanov Azərbaycanın Rusiya Federasiyasının subyektləri və xüsusən Tatarıstanla əməkdaşlığının böyük əhəmiyyətini qeyd edib. Bu mənada qarşılıqlı səfərlərin müxtəlif istiqamətlərdə - ticarət, investisiya, birgə layihələrin həyata keçirilməsi sahəsində bu münasibətləri daha da möhkəmləndirməyə imkan verdiyini qeyd edib.
Görüşdə akademik Rıfkat Minnihanov “Azərbaycanım” beynəlxalq jurnalının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib.