Azərbaycan diplomatı Banqladeşdə fəaliyyətə başladı

post-img

Azərbaycanın Banqladeşdə yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini Prezident Məhəmməd Şahabuddinə təqdim edib.

Mərasimdən sonra səfiri qəbul edən Prezident M.Şahabuddin təyinatı münasibətilə onu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Banqladeşin dövlət başçısına çatdırıb. Salamlara görə minnətdarlığını bildirən Banqladeş Prezidenti öz növbəsində onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Banqladeş arasında çoxtərəfli formatlarda səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

XQ

Son xəbərlər