Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi (birinci oxunuş) və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.
Birinci məsələ ilə bağlı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.
İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev, Humanitar siyasət komitəsinin sədri Ülkər Bayramova, Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva və İqtisadi siyasət komitəsinin üzvü Pərvin Nəcəfsoy müvafiq qanuna təklif edilmiş dəyişikliklərin əhəmiyyətini vurğulayıblar.
Sonra qanun birinci oxunuşda qəbul edilib.
“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, qanun səsə qoyularaq qəbul olunub.
Bununla da 7-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının iclası başa çatıb.
XQ