Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Dostumuz, qardaşımız, “iki dövlət, bir millət” anlayışına sahib olduğumuz Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününü təbrik edirəm. Prezident və dəyərli qardaşım İlham Əliyevə, bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram”.