Media nümayəndələri COP29 məkanlarında

post-img

Oktyabrın 18-də media nümayəndələri Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olublar.

Mediaturda Prezidentin köməkçisi Anar Ələkbərov və COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. 

İştirakçılara COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məlumat verilib. Media nümayəndələri ərazidə icra edilən tikinti-quraşdırma işləri ilə tanış olublar. COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkil ediləcəyi ərazidə olan iştirakçılar hazırlıq işləri barədə məlumatlandırılıb.  

Konfransın keçirildiyi məkan, media mərkəzində yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər barədə də məlumatlar iştirakçılara çatdırılıb. 

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

XQ

 

Son xəbərlər