Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
XİN-dən aldığımız son məlumatda bildirilir ki, nazirlər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdiriblər. Ən qısa zamanda prosesin yekunlaşdırılması və sazişin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə edilib.
Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.
XQ