Tuneldə yanğın təhlükəsinin qarşısı alınıb

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobilinin qəza etməsi nəticəsində ətrafa dağılan yanacağın yanğın-partlayış təhlükəli yaratması barədə məlumat daxil olub. 

FHN mətbuat xidmətinin məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb.

 

 

P.ƏMİRCANOV

XQ

 

 



Son xəbərlər