İranın neft emalı zavodunda yanğın

post-img

İranın cənub-qərbindəki Xuzistan əyalətinin Şüştər şəhərində neft emalı zavodunda güclü yanğın baş verib. Məlumatı “Anadolu” verib. 

Şuşter valisi Möhsün Seyidmusəvi İran dövlət televiziyasına müsahibəsində deyib ki, neft emalı zavodunda baş verən yanğında bir nəfər ölüb, dörd nəfər yaralanıb.

İlkin məlumata görə, yanğına səbəb neft tankerlərindən birinin zavodun qaz çənləri ilə toqquşması olub.

Yerli yanğınsöndürmə briqadaları alovu ram edə bilmədiyi üçün yanğını söndürmək üçün Əhvaz şəhərindən əraziyə əlavə qüvvələr göndərilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya