İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib

post-img

İtaliyanın Venesiya şəhərində 14-cü Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib.

Simpoziumun əsas gündəliyi dənizaltı mühitin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.

İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətinə əsasən, Azərbaycan Respublikasının İtaliyadakı hərbi attaşelik aparatının nümayəndəsi də tədbirdə iştirak edib.

Tədbirin açılış mərasimində İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto çıxış edərək qonaqları salamlayıb.

Trans-Regional Dəniz Gücü Simpoziumunda yüzə yaxın ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, eləcə də dörd yüzədək dəniz təşkilatının nümayəndəsi iştirak edib.

Son xəbərlər