Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Sadiqov Zülfüqar Əhməd oğlu,
Tahirov Zamin Cəbrayıl oğlu.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Son xəbərlər