Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Axundov Toğrul Bəhruz oğlu,
Əzizova Vəfa Ehtiram qızı,
Hacıyev Vahid Məcid oğlu.

2. İsmayılov Azər İbrahim oğlu vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Son xəbərlər