Ermənipərəst mövqelər pislənib

post-img

Qərbi Azərbaycan İcması Şotlandiya parlamentinin deputatı Kennet Qibsonun təqdim etdiyi sənədi qətiyyətlə pisləyib. İcma bununla bağlı bəyanat yayıb.

Sənəddə Qarabağ ermənilərinin Azərbaycanın reinteqrasiya təklifini rədd edib, sərbəst şəkildə ölkəni tərk etməsinin zorla edilmiş hərəkət kimi təqdim edilir və digər əsassız iddialar irəli sürülür.

Bu sənəddə Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıdışına Ermənistanın mane olmasından söz açılmır, onların bu hüququ tanınmır: "Biz bu addımı qətiyyətlə pisləyirik və Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmağı tələb edirik".

***

QAİ Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı da kəskin şəkildə qınayıb və rədd edib.

İcmanın yaydığı bəyanatda bildirilir ki, nazir Mirzoyan həmin tədbirdə Azərbaycanda “erməni mədəni irsi”nin, guya, təhlükə altında olduğunu iddia edərək, təxribat xarakterli fikirlər səsləndirib.

Sənəddə qeyd olunur: "Ermənistan XİN rəhbərinin UNESCO missiyasının göndərilməsi çağırışına gəlincə, vurğulamalıyıq ki, belə bir missiya Azərbaycana deyil, məhz Ermənistana göndərilməlidir. Təəssüf ki, Ermənistanın imtinası səbəbindən hələ də bu ölkəyə UNESCO missiyası baş tutmayıb".

XQ

Son xəbərlər