Regionda ilk dəfə Azərbaycanda kiberdiplomatiya üzrə I beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı keçirilən məclisdə siyasətçilər, diplomatatlar, İKT mütəxəssisləri diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmişlər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bildirib ki, beynəlxalq konfransın əsas məqsədlərindən biri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı daha da qüvvətləndirməkdir. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, xarici işlər nazirinin müavini Samir Şərifov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd etmiş, bu sahədə həlli vacib məsələlərdən söz açmışlar.
Konfrans çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
XQ