ABŞ Azərbaycanda enerji keçidindən məmnundur

post-img

“Azərbaycan bu il COP29-a evsahibliyi etməklə çox əhə­miyyətli rol oynayır.

Bu sözləri açıqlamasında ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçi­si Cefri Payat deyib. O, bu gün COP29-un Prezidenti Muxtar Babayevlə və Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla görüşdüyünü deyib: “Muxtar Baba­yev görülən işlərlə bağlı kifayət qədər geniş və konstruktiv məlumat verdi və COP29-un həm də enerji keçidi mövzusunda birlikdə işimizi sürətləndirmək baxımından əhəmiy­yətini qeyd etdi. 

Azərbaycan da ABŞ kimi böyük neft və qaz istehsalçısıdır. Biz karbon qazının azal­dılması ilə bağlı verdiyimiz vədləri həyata keçirmək, bunu daha sürətli etmək üçün tex­nologiyaları müəyyənləşdirmək istiqamə­tində birlikdə çalışmalıyıq və Prezident İl­ham Əliyevin də dediyi kimi günəş, külək enerjisini genişləndirilməliyik. Bakı küləkli şəhərdir. Beləliklə, biz burada mövcud olan tərəfdaşlıq potensialından və birlikdə edə biləcəyimizi düşündüyümüz bütün imkan­lardan, Azərbaycanın Türkiyə və daha sonra Avropa üçün oynadığı enerji təminatçısı ro­lundan məmnunuq”.

XQ

Son xəbərlər