Ermənistan konstitusiyasında dəyişiklik sülhün tələbidir

post-img

Ermənistan konstitusiyasının hazırkı variantı ilə bağlı problem həll edilmədən Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivi çətin olacaq.

Bu fikir Ankara Avrasiya Araşdırma­ları Mərkəzinin (AVİM) ekspertləri Tuğçe Tecimer və Selenay Erva Yalçının “Ermə­nistan konstitusiyasına dəyişikliklər gün­dəmdə olan aktual məsələ olaraq qalır” sər­lövhəli analitik məqaləsində yer alıb.

Ekspertlər diqqəti Ermənistanın əsas qanununda yer alan müstəqillik bəyan­naməsinin məzmununa yönəldiblər: “1990-cı il bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünü birbaşa rədd edir. Ona görə də Bakının Ermənistan konstitusiyası­na dəyişiklik tələbləri tamamilə haqlıdır”. Mərkəzin analitikləri qeyd edirlər ki, bu, Ermənistanın daxili məsələsi çərçivəsindən kənara çıxır.

AVİM ekspertləri 2009-cu ildə Sürixdə imzalanmış Ermənistan–Türkiyə protokol­larının taleyini xatırladıblar: “Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarı Bakının tələblərinin əsassız olduğunu iddia edən hər kəsə ən yaxşı ca­vabdır”.

Analitiklər hesab edirlər ki, Bakı İrə­vanla sülh sazişinin uzunömürlülüyünə zə­manət verməyə çalışır.

“Bu gün Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əsasını güc­ləndirmək üçün danışıqların və diplomatik addımların daha fəal olması vacibdir. Bu prosesdə problemlərin aradan qaldırılması məqsədilə bütün regionun maraqlarına ca­vab verən Ermənistanın hazırkı konstitu­siyasının dəyişdirilməsi labüddür”, – deyə Tecimer və Yalçın vurğulayıblar.

Son xəbərlər