Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması" adlı birgə bəyanat yayılıb.
Bəyanatı Xorvatiyanın nümayəndəsi sənədin təşəbbüskarları qrupu – Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirib.
Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.
Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan XİN nümayəndəsi tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında keçirilmiş "Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə" konfransı zamanı səsləndirilib.
XQ