Şeyxülislam Beynəlxalq Müsəlman Forumunda

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada “Sülh yolu: dialoq ahəngdar birgəyaşayışın əsası kimi” mövzusunda keçirilən XX Beynəlxalq Müsəlman Forumunda iştirak edib. 

Şeyxülislam tədbirdə çıxış edərək de­yib: “Rusiyadakı müsəlmanlarla mənəvi əlaqələrimiz həmişə yüksək səviyyədə olub, biz qardaş Tatarıstanın və Rusiya Federasiyasının digər subyektlərinin dini liderləri ilə davamlı əlaqə saxlayırıq. Mərkəzi Asiya dövlətlərinin müsəlmanları ilə mənəvi əlaqələrimiz də buna nümunə ola bilər”.

A.Paşazadə qeyd edib ki, QMİ Rus Pravoslav Kilsəsi ilə ənənəvi dostluq, qar­şılıqlı hörmət və sıx əməkdaşlıq əlaqələri ilə bağlıdır. Onun sözlərinə görə, “bu mü­barək fəaliyyətdə, şübhəsiz ki, Moskva və bütün Rusiyanın patriarxı Kirilin böyük əməyi var.

Şeyxülislam çıxışının sonunda Prezi­dent İlham Əliyevin və Azərbaycan xalqı­nın adından Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Həzrət Qaynutdinə 65 illik yu­bileyi münasibətilə təbrikləri çatdırıb və ona 44 günlük Vətən müharibəsində Azər­baycana göstərdiyi qardaş dəstəyinə görə təşəkkürünü bildirib. 

40 ölkədən qonaqların iştirak etdyi tədbirdə ölkəmizi Allahşükür Paşazadə ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Ko­mitəsinin sədri Ramin Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov təmsil edirlər.

Son xəbərlər