Milli Məclisin deputatı Şimali Kiprdə

post-img

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türk dünyasının ayrılmaz hissəsidir.

Bu sözləri Milli Məclisinin deputatı Ramil Həsənov sentyabrın 21-də Lefkoşa­da Şimali Kiprin aparıcı Milli Birlik Par­tiyasının 23-cü qurultayındakı çıxışında deyib.

Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində Şimali Kipr Türk Cümhuriy­yəti ilə əlaqələrin inkişafına və əməkdaş­lığın genişləndirilməsinə bundan sonra da dəstək verəcəyini bildirən deputat, eyni zamanda, diqqəti Prezident İlham Əliyevin mövqeyinə çəkib. R.Həsənov ŞKTC Pre­zidentinin və Baş nazirinin Azərbaycana yüksək səviyyəli səfərlərini xatırladıb, bu­nun iki ölkə arasında sıx əlaqələrin daha bir göstəricisi olduğunu xatırladıb.

Qurultay iştirakçılarına uğurlar arzula­yan Ramil Həsənov Azərbaycanın bundan sonra da türk Kiprinin yanında olacağını deyib.

Son xəbərlər