Azərbaycan səfiri Rusiya mükafatı alıb

post-img

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Azərbaycanın Moskvadakı səfi­ri Polad Bülbüloğluya “Ermitaj mükafa­tı”nı təqdim edib. 

X Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Foru­mu çərçivəsində Ermitaj Muzeyinin “Qış sarayı”nda keçirilən mərasimdə Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvı­dkoy bildirib ki, Polad Bülbüloğlu mədəniyyətlərara­sı əlaqələrin möhkəmlənməsinə layiqli xidmət edib. Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov isə vurğulayıb ki, Polad Bülbüloğlu Azərbaycan mədəniy­yətini təkcə Rusiyada deyil, bütün dünyada tanıtmış böyük sənətkardır. 

Mükafatı qəbul edən Polad Bülbüloğlu fəaliyyə­tinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib, çıxışını “Qorxma, mən səninləyəm” filmindən mahnı səsləndirməklə yekunlaşdırıb. 

XQ

Son xəbərlər