Mərakeşdə erməni təxribatının qarşısı alınıb

post-img

Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.

Bu barədə Azərbayca­nın Mərakeşdəki səfirliyin­dən məlumat verilib. Bildi­rilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərin­də keçirilən İssni NurghBeynəlxalq Amaziq film festi­valı çərçivəsində erməniəsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin sentyab­rın 13-də nümayişinin planlaş­dırılması nəzərdə tutulmuşdu.

Festivalın rəsmi səhifələ­rində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda fil­min süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tər­kib hissəsi kimi “Artsax” ola­raq göstərilməsi məlum olub. Filmdə qondarma “erməni soyqırımı”na da istinad edilib.

Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki sə­firliyinin bu ölkənin əlaqədar qurumları, festivalın təşkilat­çıları ilə apardığı iş nəticəsin­də təxribat xarakteri daşıyan filmini nümayişinin ləğv edil­məsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən ermə­ni təbliğatının qarşısının alın­masına nail olunub.

XQ

Son xəbərlər