Türkiyənin xüsusi nümayəndəsi XİN-də

post-img

Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə–Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıçla görüşüb.

Görüş zamanı Azərbaycan-Ermənis­tan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənis­tan normallaşma prosesi üzrə xüsusi nü­mayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsiz­lik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma pro­sesi barədə qarşı tərəfi ətraflı məlumat­landırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında id­diaların, üçüncü dövlətlər tərəfindən Er­mənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.

XQ

Son xəbərlər