“Sinxua” agentliyi Azərbaycan – Çin əlaqələrinə önəm verib

post-img

Çinin rəsmi xəbər agentliyi “Sinxua” Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan–Çin münasibətləri ilə bağlı açıqlaması əsasında xəbər hazırlayıb. 

“Azərbaycan rəsmisi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiy­yət verir” sərlövhəli materialda iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq səviy­yəsinə qaldırıldığı, əməkdaşlığının davam­lı şəkildə inkişaf etdirildiyi bildirilib. 

Prezidentin köməkçisi Hikmət Hacı­yev Çinin əsl dost olduğunu, onun inkişafı­nın, xüsusilə də texnoloji inkişafının təkcə özünə deyil, dünyaya, o cümlədən Qlobal Cənuba böyük töhfələr verdiyini vurğula­yıb. Əlavə edib ki, böyük tarixi olan Çin mədəniyyətini öyrənməyə dəyər.

Hikmət Hacıyev bu ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Azərbaycanın Çin vətən­daşları üçün birtərəfli qaydada vizasız səfər siyasətinin tətbiqinə başladığını rəs­mən bəyan etdiyini bildirib, daha çox Çin vətəndaşının ölkəmizə səyahət etməsinin arzu olunduğunu deyib. 

XQ

Son xəbərlər