Döyüş atışlı taktiki təlim

post-img

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına uy­ğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, təlim planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tət­biqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmə­nin planlı və plandankənar hədəflərini aş­kar edərək sərrast atəşlərlə məhv edib.

Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və ni­zamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atə­şin idarə edilməsi zamanı funksional vəzi­fələrinin praktiki icrasına və döyüş vərdiş­lərinin təkmilləşdirilməsinə yönəldilib.

XQ

Son xəbərlər