Baş nazirin müavini rusiyalı nazirlə görüşüb

post-img

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 13-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb. 

Görüşdə dövlət başçılarının birgə səy­ləri nəticəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energeti­ka, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib.

Vurğulanıb ki, iki ölkə arasında iqti­sadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əmək­daşlıq yüksələn xətlə inkişaf edir. Azərbay­canın Rusiyaya kənd təsərrüfatı məhsulla­rının əsas tədarükçülərindən biri olduğu qeyd edilib. Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub. 

Görüşdə iki ölkə arasında aqrar-səna­ye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

XQ

Son xəbərlər