Xaricdə Yaşayan Alimlərin Prezident İlham Əliyevə müraciəti

post-img

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azər­baycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar. 

Müraciətdə bildirilir: 

“Hörmətli cənab Prezident. 

Dünyanın müxtəlif ölkələrində yaşa­yıb-çalışan azərbaycanlı alimləri birləş­dirən təşkilatımız doğma Vətənimizin yük­səlişini daim diqqətlə izləyir, böyük Zəfərə imza atmış dövlətimizin və xalqımızın uğurlarına qəlbən sevinirik. Biz Vətəni­mizdən kənarda fəaliyyət göstərsək də, hər zaman və hər yerdə Ulu Öndərimiz Heydər Əliyevin bu möhtəşəm sözlərini xatırlayı­rıq: “Azərbaycan torpağının hər guşəsi hər bir azərbaycanlı üçün əzizdir”. Dünyanın ayrı-ayrı ölkələrində fərqli elm sahələrində işləyən tədqiqatçılarımızı qovuşduran Dün­ya Azərbaycanlı Alimlər Birliyinin başlıca məqsədi Vətənimizin inkişafına mümkün kömək göstərməkdir. 

Bu gün - Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun son günündə işğal­dan azad edilmiş müqəddəs Azərbaycan torpağı Qarabağda olarkən qalib xalqımızın və onun Müzəffər Ali Baş Komandanının, Vətənimizin müdafiəçisi və xilaskarı qar­şısında inanılmaz xoşbəxtlik, qürur hissi keçirdiyimizi Sizə, həmçinin bütün dün­yaya bildirməkdən məmnunluq duyuruq. Torpağımızın hər qarışının azad edilməsi uğrunda mübarizədə xalqımızın verdiyi qurbanları daim xatırlayır, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can­sağlığı arzulayırıq.

Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər olaraq Sizi və Sizin şəxsinizdə bü­tün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiy­yə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik.

Cənab Prezident, şanlı Silahlı Qüvvələ­rimizin Ali Baş Komandanı olaraq xalqı­mızı Zəfərə qovuşdurduğunuz, ölkəmizin ərazi bütövlüyünü bərpa, Vətənimizin su­verenliyini tam təmin etdiyiniz üçün daim Sizə minnətdarıq. 

Sizin müdrik və uzaqgörən rəhbərli­yinizlə Azərbaycanın siyasi, iqtisadi, el­mi-mədəni istiqamətlərdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliyimizi bildirir, ümumi tərəqqimizə töhfələrimizi verməyə hazır olduğumuzu bəyan edirik. İnanırıq ki, müasir elmi bilik­lərə və geniş təcrübəyə malik olan, Vətə­nimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümummilli məna daşıyan böyük işlərdə Si­zin yardımçınıza çevriləcəklər. 

Bu gün Xankəndidə hər birimiz Ulu Öndərimizin bu ölməz sözlərini böyük qü­rur hissi ilə bir daha təkrar edirik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan mənim doğma tor­pağımdır. Mən fəxr edirəm ki, belə bir mil­lətim var!”.

XQ

Son xəbərlər