Çində ŞƏT-in Qadınlar Forumu

post-img

Çinin Şandon əyalətinin Çin­dao şəhərində Şanxay Əmək­daşlıq Təşkilatının "Rəqəm­sallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanla­rının artırılması" mövzusunda Qadınlar Forumu keçirilib.

ŞƏT-in, Ümumçin Qadınlar Federasiya­sının və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumda ŞƏT-inüzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 dövlətin təmsilçiləri, o cümlədən rəhbər şəxsləri iştirak edirlər. Nüfuzlu tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Prob­lemləri üzrə Dövlət Komitəsinin sədri Ba­har Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forumun panel iclasında çıxış edən Bahar Muradova dəyişən dünyamızın çağı­rışlarına birgə cavab üçün bir çox sahələr üzrə əməkdaşlıq münasibətlərini intensiv­ləşdirməyə ehtiyac yarandığını vurğulayıb, rəqəmsallaşma sahəsində ən yüksək stan­dartları hədəfləyən islahatlar və yeni tex­nologiyaların tətbiqi nəticəsində ölkəmizdə qadınların iqtisadi fəallığının artırılması üçün geniş imkanların yaradıldığını bildi­rib. O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı vasitəsilə qadınlar rəqəmsal iqtisadiyyatda iştirakçılığı artırmağa müvəffəq olur, icti­mai həyatda daha fəal iştirak etməklə güclü və inklüziv cəmiyyət quruculuğuna əvəzsiz töhfələr verirlər. 

Komitə sədri Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələr üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə də məlumat verib. Bildirib ki, COP29-un Təşkilat Ko­mitəsində, icraçı qurumunda, eləcə də bü­tün səviyyələrdə işçi və könüllü heyətində qadınların yüksək təmsilçiliyinə nail olu­nub.

XQ

Son xəbərlər