91 ailə də Şuşasına qovuşdu

post-img

Sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb. Bu mərhələdə şəhərə köçürülən 91 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Pre­zidentinin xüsusi nümayəndə­liyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəs­miləri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İn­diyədək şəhərdə 204 ailə (763 nəfər) mənzillə təmin edilib.

XQ



Son xəbərlər