Sentyabrın 4-də xarici işlər nazirinin müavini Samir Şərifov ölkəmizdə səfərdə olan Belarus Respublikası xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.
Görüş zamanı ali səviyyəli dialoqun iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə və dinamik əməkdaşlığın inkişafına vacib təkan verdiyi xüsusilə vurğulanıb.
Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirə aparılıb.
Azərbaycan Respublikasının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon-fransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı məlumat verilib.