Azərbaycan–BƏƏ: 32 illik dostluq və qardaşlıq

post-img

Sentyabrın 4-də Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diploma­tik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə tədbir təşkil edilib. 

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi cıxış edərək, ölkələri­miz arasında imzalanmış çox mühüm sənəd – Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun əhəmiyyətinə toxub və vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri­nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Azərbaycan Prezidenti İl­ham Əliyevin siyasi iradəsi sayəsində dost­luq və qardaşlıq münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir.

Səfir BƏƏ-nin iri şirkətləri olan "Mas­dar" ve ADNOC tərəfindən Azərbaycanda mühüm layihələrin həyata keçirildiyini də diqqətə çatdırıb. 

Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Azərbaycan Birləş­miş Ərəb Əmirlikləri ilə əlaqələrini dərin­ləşdirməyə sadiqdir.

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı yenidənqurma işlərinə başladığını xatırladan nazir müavi­ni deyib: “Azərbaycanın bu çox milyardlıq sərmayəsi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qa­yıtması üçün lazımi şərait yaratmaq məqsə­di daşıyır. Beynəlxalq ictimaiyyətin səsi Azərbaycanın reabilitasiya və yenidənqur­ma səylərinə, xüsusilə humanitar minatə­mizləmə təşəbbüslərinə daha çox dəstəyin səfərbər edilməsində mühüm rol oynaya bilər. Bu baxımdan, BƏƏ-nin belə çətin dövrdə Azərbaycana göstərdiyi əvəzsiz mühüm yardımı yüksək qiymətləndiririk. Bu dəstək təkcə minaların təmizlənməsin­dən ibarət deyil, ümidləri bərpa etmək və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına şərait yaratmaqdır”.

XQ

Son xəbərlər