Baş prokuror Rusiyada

post-img

Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayən­də heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.

İkitərəfli görüşdə qonaqları salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlə­rindən məmnunluğunu ifadə edərək, sahi­bkarlıq üçün münbit şəraitin formalaşma­sında prokurorluq orqanlarının önəmini qeyd edib. 

Kamran Əliyev rusiyalı həmkarı­na Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Baş pro­kuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar barədə məlumat verərək, Rusiya Preziden­ti Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib. 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətra­fında fikir mübadiləsi aparılıb.

Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da inten­sivləşdirilməsi məqsədilə iki ölkə baş pro­kurorluqları arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar.

Nümayəndə heyətinin səfəri davam edir.

XQ



Son xəbərlər