“Qran-Pri”ni yenə Azərbaycan qazandı

post-img

Səmərqənddə keçirilən, 80-dən artıq ölkədən 400-ə yaxın musiqiçi, nəzəriyyəçi və ekspertin iştirak etdiyi “Şərq təranələri” musiqi festivalında ölkəmizi xanəndə Mirələm Mirələmov, tarzən Zəki Vəliyev, kamançaçalan Elnur Mikayılov, nağaraçı Kamran Kərimov, udçalan İdris Hüseynov və balabançı Anar Vəlizadədən ibarət “Simurq” muğam ansamblı təmsil edib. 

Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi beynəlxalq mün­siflər heyəti sonuncu gün qalibləri elan edib. 

Xatırladırıq ki, 1997-ci ildə keçirilən I festivalda “Qran-Pri”ni Azərbaycana xanəndə Simarə İmanova, 2017-ci ildə keçirilən XI fes­tivalda isə tarzən Sahib Paşazadə qazandırmışdılar.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd-Səmərqənd

Son xəbərlər