Azərbaycan–Qazaxıstan hərbi təlimləri

post-img

Avqustun 20-dən 23-dək Qazaxıstanın Almatı vilayətinin Jetısu rayonun­dakı Koktal poliqonunda keçirilən “Altın kıran - 2024” (“Qızıl qar­tal-2024”) Azərbaycan–Qazaxıstan taktiki-xüsusi təlimləri başa çatıb.

Qazaxıstan MN-nin yaydığı mə­lumata görə, bu ölkənin Hava De­sant-Hücum Qoşunlarının və Azərbay­can Ordusunun taktiki-xüsusi təlimləri ilk dəfə baş tutub.

Məlumatda qeyd edilir ki, təlimlər­də 50-dən artıq Azərbaycan, 250-dən çox Qazaxıstan hərbçisi iştirak edib. Təlimlər zamanı dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qeyri-qanuni hərbi birləşmələrin aşkar edilməsi həyata keçirilib. Azərbaycan ordusunun hərbçiləri Vətən müharibə­sində və başqa uğurlu əməliyyatlarda qazandıqları təcrübəni qazaxıstanlı hərbçilərlə bölüşüblər.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Almatı

Son xəbərlər