Baş prokuror Səbaildə qəbul keçirib

post-img

Avqustun 23-də Baş prokuror Kamran Əliyev Səbail Rayon Pro­kurorluğunun inzibati binasında vətəndaşları qəbul edib. 

Baş Prokurorluğun mətbuat xidmətin­dən verilən məlumata görə, qəbul zama­nı Bakı şəhərinin Səbail rayonu və digər ərazilərdən olan 49 vətəndaşın müraciət­lərinə baxılıb. Konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmə­də baxılan cinayət işləri üzrə dövlət ittiha­mının müdafiəsinə dair məsələlərin bila­vasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşı­rıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düz­gün təşkilinə görə tabe prokurorların fər­di məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliy­yətində müasir informasiya-kommunikasi­ya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sis­teminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərə­liliyin artırılmasına dair təklifləri dinləyib.

XQ

Son xəbərlər