Dairələrdə İKT təlimləri

post-img

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində avqustun 21-dən etibarən növbəti layihəyə – dairə seçki komissiyalarının (DSK) informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara başlayıb.

“Seçki 2024” Müstəqil Me­dia Mərkəzi xəbər verir ki, la­yihənin əsas məqsədi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsidir.

Seminarlar çərçivəsində DSK-ların informasiya texno­logiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İn­formasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkan­ları barədə ətraflı məlumatlandırılır, tətbiq olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerindəcə əyani şəkildə aydınlıq gətirilir.

İnformasiya texnologiyaları üzrə mütəxəssislərə xüsusi proqram modulla­rından praktiki məşğələlərlə test rejimində işləməyə də şərait yaradılır ki, bu da Milli Məclisə seçkilər günü həm seçicilərin fəal­lığı, həm də səsvermənin nəticələrinə dair protokol məlumatlarının MSK-ya ötürül­məsi üçün proqram təminatlarını dərindən mənimsəmələrinə imkan verir.

DSK-ların informasiya texnologiyala­rı üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsində mühüm rolu olan praktiki seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur.

XQ

Son xəbərlər