Seçki xəbərləri

post-img

508 gənc ilk dəfə səs verəcək

“15 saylı Yasamal birinci DSK üzrə 38 seçki məntəqəsi fəaliy­yət göstərir. DSK-ya müraciət edən 20 nəfərdən onunun namizədli­yi qeydə alınıb. Beynəlxalq müşahidəçilər seçki dairəsinə gələrək, hazırlıq prosesi ilə tanış olublar”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 15 saylı Yasamal birinci DSK-nın sədri Cumar İsayev deyib. DSK sədri qeyd edib ki, seçki dairəsinin hüdudları daxilində məntəqələr texniki cəhətdən tam hazır vəziy­yətə gətirilib: “Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 50 min 965 seçici qeydə alınıb. İlk dəfə səsvermə hüququ qa­zanan gənclərin sayı 508 nəfərdir”. 

Seçkilər demokratik inkişafa töhfədir

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov deyib.

“İlk dəfədir ki, Milli Məclisdə ərazi bütövlüyünə qovuşmuş xalqın iradəsi ilə peşəkarlardan ibarət heyət formalaşacaq. Bu heyət yeni çağırışlara cavab verən, qanunvericilik aktları hazırlayan, xa­ricdə məğrur və alnıaçıq formada bizi təmsil edəcək deputatlardan ibarət olacaq”,– deyən QHT sədri qeyd edib ki, ərazi bütövlüyünün bərpası ilə Azərbaycan yalnız işğala son qoymayıb, həm də xalqın birliyini və milli iradəsini gücləndirib. Bu birlik seçkilərdə də özü­nü göstərəcək. 

500 müşahidəçi qeydiyyatdan keçib

“60 saylı Quba–Qusar seçki dairəsi üzrə 61 seçki məntəqəsi var. Bu məntəqələr zəruri avadanlıqlarla təmin olunub. Seçicilərin sayı 52 mindən çoxdur. Onlardan 1 nəfərin yaşı 100-dən artıqdır. Dairə üzrə 7 namizəd qeydiyyatdan keçib və hazırda namizədlərin təşviqat kampaniyası davam edir”. 

Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlama verən 60 saylı Quba–Qusar DSK-nın sədri Rahim Qarayev dedi ki, bugünədək dairə üzrə 500 müşahidəçi qeydiyyata alınıb.

1 sentyabrda 5 gəncin 18 yaşı tamam olacaq 

“66 saylı Saatlı dairə seçki komissiyasında qeydiyyatda olan 50 min 900 seçici 50 məntəqədə səs verəcək. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək 434, o cümlədən seçki günü 18 yaşı ta­mam olacaq 5 seçicimiz var”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 66 saylı Saatlı DSK-nın sədri Arif Əli­yev deyib. O bildirib ki, 7 məntəqədə veb-kamera, 24 məntəqədə pandus quraşdırılıb: “Bütün məntəqələrdə seçkiqabağı təşviqatın aparılması məqsədilə lövhələr qurulub, qapalı və açıq görüş yerləri ayrılıb”. 

Hazırladı:
İ.HƏSƏNQALA
XQ







Son xəbərlər