Azərbaycanın demokratiya təntənəsi

post-img

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Olimpiya çempionu Elnur Məmmədli deyib.

“Növbədənkənar parlament seçkiləri bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdikdən sonra ilk parlament seçkilərinə qatılır”. O bildirib ki, bu, sadəcə seçki deyil, eyni zamanda, Azərbaycanın gücünün təsdiqi olan tarixi andır: “Biz bu seçkilərlə dünyaya nümayiş etdirəcəyik ki, Azərbaycan xalqı öz taleyini özü müəyyən edən, qətiyyətli və müstəqildir”.

Olimpiya çempionu əlavə edib ki, bu seçkilər gələcəyimizə olan inamımızı təsdiqləmək, xalqımızın rifahını artır­maq, ölkəmizin daha da güclənməsini təmin etmək üçün vacibdir: “İdmançı olaraq hər zaman ölkəmizi beynəlxalq arenalarda fəxrlə təmsil etmişəm. İndi isə Azərbaycanın hər bir vətəndaşı kimi, bu seçkilərdə iştirak edərək, Azərbayca­nın daha da inkişafı üçün səsimi verə­cəyəm. Bütün həmvətənlərimi seçkilərdə fəal iştirak etməyə çağırıram”.

Son xəbərlər