Müşahidəçilərdən ərizə qəbulu yekunlaşır

post-img

Milli Məclisə seçkilərdə Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi yekunlaşmaq üzrədir.

“Seçki 2024” Müstəqil Me­dia Mərkəzi xəbər verir ki, bu, MSK-nın “Azərbaycan Res­publikasının Milli Məclisinə növbədənkənar seçkilərin ha­zırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları və beynəlxalq (xarici) müşahi­dəçilər seçkilərdə müşahidəçi qismində çıxış edə bilərlər. Ölkənin bütün ərazisində mü­şahidələrin aparılmasına dair ərizə seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başla­yaraq, seçkilərin keçirilməsinə 10 gün qalanadək MSK-ya təqdim edilə bilər. Ərizələrin MSK-ya təqdim edilməsi pro­sesi avqustun 22-də başa çata­caq.

Son xəbərlər