Seçkilər Rusiyadan da canlı izlənəcək

post-img

“Dünya azərbaycanlıları Vətəndə baş verən bütün proseslər kimi, Milli Məclisə seçkilərə hazırlığı da yaxından izləyirlər. Bizi maraqlandıran əsas məqam ölkəmizin demokratiya nümunəsi sərgiləməsi və səsvermənin azad olunmuş ərazilərdə də keçirilməsidir”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiyanın Çel­yabinsk vilayətində fəaliyyət göstərən “Ozan” Azərbaycan Mədəniyyət Mərkə­zinin sədri Rafael Quliyev deyib. Diaspor təşkilatının sədri bildirib ki, dünya azər­baycanlıları daim Azərbaycanın seçki de­mokratiyası ilə fəxr ediblər: “Ölkəmizin zəngin seçki təcrübəsi var. Müstəqilliyi­mizin bərpasından sonra keçirilən hər bir seçkidə demokratikləşmə prosesi daha da inkişaf edib”.

R.Quliyev Azərbaycanda şəffaf seç­kilərin keçirilməsi üçün bütün şəraitin ya­radıldığını diqqətə çatdırıb: “Beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi mövcuddur və onun tələblərindən kənara çıxılmır. Seçkiqabağı təşviqatda namizəd­lərə bərabər şərait yaradılır. Yerli və bey­nəlxalq müşahidəçilər həm seçkiöncəsi mühiti, həm də səsvermə prosesini sərbəst şəkildə izləyə bilirlər. Əlilliyi olan şəxs­lərin səsvermə hüququndan istifadə edə bilməsi üçün lazım olan bütün avadan­lıqlar quraşdırılır. Bununla yanaşı, seçki məntəqələrindəki veb-kameralar vasitəsilə dünyanın istənilən yerindən seçkiləri canlı şəkildə izləmək mümkündür. Rusiyada­kı azərbaycanlılar bu imkandan istifadə edərək, 1 sentyabr seçkilərini canlı izləyə­cəklər”.

Son xəbərlər