Hərbi Prokurorluq və DSX-nin Zəngilan görüşü

post-img

Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Zəngilan rayonunda Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçiriblər.

General-mayor Azad Abdullayev, Hərbi prokurorun böyük köməkçiləri Fi­rad Əliyev, Fərəc Sayılov, Qubadlı hərbi prokuroru Elşən Mürsəlov və başqaları çıxış edərək Ulu öndərin misilsiz xidmət­lərindən danışıb, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərli­yi ilə son 20 ildə həyata keçirilmiş köklü islahatlardan, qazanılmış uğurlardan bəhs ediblər. 

Sonra ətraf mühitin mühafizəsi haqqın­da qanunvericiliyin tələblərindən söz açan tədbir iştirakçıları ətraf mühitin daha da sağlamlaşdırılmasının əhəmiyyətini vur­ğulayıblar.

Sonda iştirakçılar tərəfindən ağaclar əkilib.

XQ

Son xəbərlər