Azərbaycan–Rusiya səhiyyə əməkdaşlığı müzakirə olunub

post-img

Azərbaycanın Səhiyyə Nazirliyində Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüş keçirilib. Görüş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri çərçivəsində baş tutub.

Səhiyyə naziri Teymur Musayev Azər­baycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəf­li əlaqələrin genişlənməsində yüksək sə­viyyəli qarşılıqlı səfərlərin önəmi də qeyd edilib: “Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq əlaqələri bütün sahələr­də sıx əməkdaşlığın inkişafına və möh­kəmlənməsinə əvəzsiz töhfə verir. İ.M.Se­çenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkoya “Dostluq” ordeni təqdim edilməsi bunun əyani sübutudur”.

Rusiya ilə Azərbaycan arasında sə­hiyyə və tibb təhsili sahəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edən Mixail Muraşko İ.M.Seçenov adına Bi­rinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının əhəmiyyətini vurğulayaraq deyib: “Beynəlxalq reytinqdə ən yaxşı Ru­siya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universiteti­nin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb”.

XQ

Son xəbərlər