Bərdədə vətəndaş qəbulu

post-img

Rəqəmsal inkişaf və nəqliyyat na­ziri Rəşad Nəbiyev avqustun 20-də Bərdə şəhərində yerləşən Telekom­munikasiya Qovşağında vətəndaşları qəbul edib.

Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Bey­ləqan, Goranboy, Xocalı, Xocavənd və La­çın rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmət­ləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericili­yin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiy­yəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində qal­dırılan problemlərin bir qismi dərhal müs­bət həllini tapıb.

XQ

Son xəbərlər