Baş prokuror Xətai sakinlərini dinləyib

post-img

Dünən Baş prokuror Kamran Əli­yev Xətai Rayon Prokurorluğunda Bakının Xətai rayonu və digər böl­gələrdən olan vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş ci­nayətlər barədə məlumatların araşdırıl­ması zamanı yol verilmiş qanun pozuntu­ları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev pro­kurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, prokurorluq orqanlarının fəaliyyə­tində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya siste­minin fəaliyyəti ilə yerində tanış olub. 

XQ

Son xəbərlər