Ölkəmiz BRICS-ə daxil olmaq istəyir

post-img

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.

Bunu mediaya açıqlamasında Azər­baycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Bir­ləşmiş Ərəb Əmirlikləri). BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə topla­şan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçi­rilən Zirvə toplantısı çərçivəsində “Azər­baycan Respublikası ilə Çin Xalq Res­publikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bən­dinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbayca­nın iştirakını dəstəkləyib.

XQ

Son xəbərlər